Hər birimiz Xocalıyıq
26 fevral 2019-cu il tarixində məktəbimizdə UBT rəhbəri Abbasxanova Nərminin təşkilatçılığı ilə “Hər birimiz Xocalıyıq” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. Şagirdlərin ifasında ədəbi bədii kompozisiya nümayiş olundu. Tədbirdə Xocalı faciəsinə həsr olunmuş slayd göstərildi. Şagirdlər bu faciənin bəşər tarixində ən amansız qətliam olduğuna aid məlumat verdilər. Xalqımızın qəhrəmanlıq səlnaməsinin təbliği məqsədi ilə Xocalı soyqırımına həsr olunmuş divar qəzetlərini nümayiş etdirdilər. Sonda Xocalı faciəsini “ Unutmayaq və Unutdurmayaq” şüarı səsləndi.