“İnsan ruhunun canlı aynası” adlı şeir müsabiqəsi
2018-2019-cu il fəaliyyət planına əsasən məktəbimizdə “Azərbaycan dili və ədəbiyyat aylığı” nın növbəti tədbiri – “İnsan ruhunun canlı aynası” adlı şeir müsabiqəsi keçirildi. Azərbaycanın görkəmli şair və yazıçılarından bir neçəsi haqqında bülletenlər və şəkil sərgisi hazırlanmış müsabiqədə məktəbin VI sinif şagirdləri iştirak etdilər. Şagirdlərimiz böyük şairlərin yaratdığı əsrarəngiz əsərlərdən nümunələr ifa etdilər. Şeir müsabiqəsində qalib gələn şagirdlər məktəb kollektivi tərəfindən rəğbətləndirildi.