"Beynəlxalq Ana Dili Günü" nə həsr edilmiş tədbir

2018-2019-cu il fəaliyyət planına əsasən məktəbimizdə “Beynəlxalq Ana Dili Günü” nə həsr olunmuş tədbir keçirildi. Azərbaycan dili və ədəbiyyat aylığında keçirilmiş tədbir M. Maqomayevin “Azərbaycan” mahnısı ilə başlandı. Şagirdlərin ifasında ana dilimizin zənginliyinə, gözəlliyinə həsr olunmuş şeirlər dinlənildi. Ümummilli Lider Heydər Əliyevin ana dilimizə olan qayğısı və dil siyasəti xüsusi olaraq şagirdlərin diqqətinə çatdırıldı. Xalq şairimiz Bəxtiyar Vahabzadənin “Ana dili” şeiri şairin öz ifasında səsləndirildi. Tədbirdə Cəlil Məmmədquluzadənin “Anamın kitabı” tragikomediyası əsasında hazırlanmış səhnəcik böyük maraqla qarşılandı. Tədbir ana dilinə həsr olunmuş mahnı ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi