Kimya fənnindən nümunəvi dərs

13.02.2019 –cu il tarixində 28 №-li tam orta məktəbin kimya müəllimi Xəyalə İsmayılovanın 8 "C" sinifində “Kimyəvi rabitə. Kovalent rabitə” mövzusunda nümunəvi dərsi keçirildi. Nümunəvi dərsdə məktəbin direktoru Qənirə Əmircanova, tədris üzrə müavini Gülsən Soltanova, kimya-biologiya müəllimi Günay Adnayeva, fizika müəllimi Elcan Kərimov, ingilis dili müəllimi Sevda Ağayeva iştirak etdilər.

Dərs yeni təlim üsullarına uyğun, interaktiv formada keçirildi. Dərsin məqsədi yeni təlim üsullarının köməkliyi ilə şagirdlərin müstəqil araşdırmalar apararaq, idraki fəallığın artırılması, məntiqi təfəkkürün inkişaf etdirilməsi istiqamətində mövzunun  daha asan formada şagirdlər tərəfindən mənimsənilməsi idi. Nümunəvi dərsdə interaktiv dərsin bütün mərhələləri təmin edilmişdi. Dərs maraqla keçdiyi üçün şagirdlərin xoşuna gəldi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi