Ədəbiyyat fənnindən açıq dərs

Məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aygün Kazımovanın 2018 - 2019-cu il tədris planına əsasən 08.02.2019-cu il tarixində 6b sinfində yazıçı Zahid Xəlilin “Zeynalabdin” hekayəsi mövzusunda nümunəvi dərsi keçirildi. Dərsdə məktəbin direktoru və müəllimləri iştirak etdi. Dərsin motivasiya hissəsində H.Z.Tağıyevin şəkli təqdim edildi. Aygün müəllimə şagirdləri qruplara böldü və hər qrupa iş vərəqələri payladı. Şagirdlər tədqiqat sualı ətrafında müzakirələr apardılar. Onların müəllif Zahid Xəlil ilə canlı telefon bağlantısı təşkil edildi. Bu şagirdlərin marağına səbəb oldu. Dərsin gedişində BİBÖ üsulundan da istifadə edildi. Sonda qruplar hazırladıqları təqdimat işlərini nümayiş etdirdilər. Dərsin sonunda müəllim tərəfindən qiymətləndirmə aparıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi