Şagirdlərimiz Olimpiya stadionunda

  04.02.2019-cu il tarixində məktəbimizin VIII B və VIII C sinif şagirdləri UBT rəhbəri Abbasxanova Nərmin və sinif rəhbərləri Aslanova Bahar, İsmayılova Xəyalənin iştirakı ilə Bakı Olimpiya stadionunda oldular. Tədbir  Sabunçu  rayonunda  yerləşən  Olimpiya stadionunun mətbuat mərkəzi tərəfindən    təşkil olunmuşdu.  Olimpiya stadionunun mətbuat mərkəzi katibinin müavini Fərid Əsədzadə şagirdlərə stadionla bağlı  ətraflı məlumat verdi. Stadionun tikilməsi, müasir avadanlıqlarla təchiz olunması haqqında şagirdlərə vide-rolik göstərildi. Bu il may ayının 29-da stadionda keçiriləcək futbol üzrə  Avropa çempionatı ilə bağlı şagirdlərə məlumat verildi. Olimpiya  stadionunda müxtəlif idman növləri üzrə  idman  zallarına baxış keçirildi. Tədbirin sonunda Fərid Əsədzadə şagirdləri maraqlandıran sualları cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi