Birinci yarımilin yekununa aid pedaqoji şura

31.01. 2019-cu il tarixində məktəbimizdə I yarımilin yekununa aid pedaqoji şuranın növbəti  iclası oldu. Şura iclasında I  yarımilin nəticələri pedaqoji heyət tərəfindən müzakirə edildi.

         I  yarımilin son nəticələrinə görə 4 və 9-cu siniflərdə bütün fənlər üzrə, 5-6-7-8-ci siniflərdə isə Azərbaycan dili, riyaziyyat, ingilis dili fənlərindən rəhbərlik tərəfindən yazdırılmış BSQ nəticələri ən xırda detallarına qədər müzakirə edildi.  Bütün siniflərin nəticələri slayd formasında təqdim edildi.  

         Sonra BSQ və KSQ-nin müqayisəli təhlili aparıldı, narahatçılıq yaradan məqamların səbəbləri müəyyənləşdirildi. İclasda bu nöqsanların aradan qaldırılması üçün real yolların tapılması, sağlam rəqabət mühitini yaratmaq, kollektivi səfərbər etməklə nəticələrin yaxşılaşdırılması üçün təkliflər irəli sürüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi