28 nömrəli məktəbdə Yeni Azərbaycan Partiyası yaradıldı
31.01.2019-cu il tarixində məktəbimizdə Yeni Azərbaycan Partiyasının ilk ərazi təşkilatı yaradıldı. Bununla bağlı Sabunçu rayonu YAP-nın sədr müavini Bəxtiyar Qasımov məktəbimizdə keçirilən iclasda iştirak etdi. Tədbir Dövlət himni ilə başladı. Tədbirdə iştirak edən B. Qasımov Ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətindən söz açdı və onun layiqli davamçısı İ.Əliyevin xalqın həyatında çox böyük şəxsiyyət olduğunu vurğuladı. O, xüsusi olaraq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının apardığı siyasət bütün dünya tərəfindən qəbul olunur və alqışlanır.
Məktəb üzrə YAP-nın sədri səsə qoyulmaqla məktəbin direktoru Qənirə Əmircanova, müavini isə məktəbin ibtidai sinif müəllimi Sevinc Qasımova seçildi. Q. Əmircanova çıxış edərək qeyd etdi ki, əksəriyyəti gənclərdən ibarət olan kollektivin demək olar ki, hamısı YAP- nın üzvi olmaq arzusundadır və yaxın gələcəkdə bu proses reallaşacaq.