2D sinfi şəhidlərimizi sinifdə və Şəhidlər Xiyabanında yad etdi

20 Yanvar

2D sinif şagirdləri “20 Yanvar”  faciəsində şəhid olanları yad edərək Şəhidlər xiyabanına getdilər və  məzarların önünə qərənfil qoydular. Sinif rəhbəri Vəlizadə Fəridə müəllimə Şəhidlər xiyabanını ziyarət edən şagirdlərə 20 Yanvar faciəsinin tarixi haqqında məlumat verdi. Bunlardan təsirlənən şagirdlər 20 Yanvar faciəsi haqqında məlumat toplayaraq təqdimatlar hazırladılar. Sinifdə keçirilmiş tədbirdə ikincilər faciə haqqında məlumat verib, şeir söylədilər. Sonda 2 D sinif şagirdləri şəhidlərimizin fotolarından hazırlanmış sinif guşəsinin önünə qərənfil qoyub, onların ruhunu hörmət və ehtiramla yad etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi