"Açıq dərs" keçirildi
Yanvarın 15-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Lumuxanım Əsgərovanın 5 "D" sinfində Azərbaycan dili fənnindən “Söz vermişəm” mövzusuna aid dərsi oldu. Dərs 20 Yanvar şəhidlərinin əbədi xatirəsinə həsr olunmuşdu. Dərsdə 20 Yanvar faciəsi haqqında məlumat verildi, tarixi xronika əsasında sənədli film nümayiş etdirildi, şəhidlərə həsr olunan şeirlər ifa olundu. “İlham və Fərizə”, “Larisa”, “Elçin İmanov”, “İlqar”, “Ülvi Bünyadzadə” qrupları “Söz vermişəm” mətnindəki əsas ideyanı müəyyən etdilər. Qrup üzvləri yazı işlərini təqdim edərkən öz fəallıqları ilə seçildilər. Şagirdlər öz təqdimatlarında 20 Yanvar faciəsinin onların yaddaşında dərin iz buraxdıqlarını qeyd edərək, şəhidlərimizi heç vaxt unutmayacaqlarına söz verdilər.