Şagirdlərimiz Şəhidlər xiyabanında

13.01.2019-cu il tarixində 1 A sinfi ölümləri ilə ölümsüzlüyə qovuşan həmvətənlərini ziyarət etmək üçün Şəhidlər xiyabanına getdilər. Müəllim İlhamə Musayeva Şəhidlər xiyabanını ilk dəfə ziyarət edən birincilərə 20 Yanvar faciəsinin  tarixi mahiyyəti haqqında məlumat verdi. O, şəhidlərimizin  nisgilimiz, kədərimiz, ürək ağrımız, eyni zamanda fəxrimiz, örnəyimiz olduğunu vurğuladı.1 A sinfinin şagirdləri  20 Yanvar faciəsinə  həsr olunan şeirlər söyləyib, Əbədi məşəlin qarşısına əklil qoydular. Onlar and içdilər ki, bütün həyatları boyu bu faciəni unutmayacaq, yaxşı oxumaqları ilə onların əməllərinə cavab verəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi