İcra başçısının Savalan sakinləri ilə görüşü.
18.12.2018-ci il tarixində məktəbimizdə Sabunçu rayonu İcra Hakimiyyətinin Başçısı Adil Vəliyev vətəndaşlarla görüş keçirdi. Ölkə prezidentinin sərəncam və göstərişlərini yerinə yetirən Adil Vəliyev Savalan yaşayış massivində əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində xeyli işlər görür. O, xalq, millət qarşısında özünü mənən borclu hesab etdiyi üçün yorulmaq bilmədən çalışır, perspektiv planlar müəyyənləşdirir və onların icrasını həyata keçirir. Hər tədbirdə faydalı işlərə istiqamət verən İcra Başçısı özünün sadəliyi və səmimiyyəti ilə Savalan yaşayış massivində yaşayan əhalinin hörmətini qazanmışdır. Bu çətin və şərəfli yolda ona möhkəm can sağlığı və əzm arzu edirik.