“Narkomaniyaya yox deyək!” adlı tədbir

Kimya aylığı ərəfəsində( 04.12.2018 – ci il tarixində) məktəbimizdə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirildi. Tədbirin məqsədi, yeniyetmə şagirdləri narkotik maddələrin zərərli təsirləri və törətdiyi fəsadları barədə məlumatlandırmaq idi.

Tədbirdə, Sabunçu rayonu 14-cü polis bölməsinin yetginlik yaşına çatmayanların işləri üzrə baş inspektoru, polis mayoru Rafiq İsmayılov, Dövlət Təhlükəsizlik Xidməti Nardaran bölməsinin rəis müavini kapitan Elvin Əhmədov, cinayət axtarışı əməliyyatı üzrə müvəkkili, polis kapitanı Qurban Bəylərov iştirak etdilər. Onlar şagirdlərlə narkomaniya haqqında fikirlərini paylaşdılar.

Tədbirdə məktəbin kimya müəllimi İsmayılova Xəyalə narkotik maddələrin növləri, kimyəvi tərkibi, orqanizmdə törətdiyi bioloji və fizioloji təsirləri haqqında interaktiv mühazirə apardı və hazırladığı təqdimatı slayd şəkilində nümayiş etdirdi. Tədbirin sonunda isə iştirak edən qonaqlar şagirdlərin suallarını cavablandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi