Mənim Üçrəngli Bayrağım

8 noyabrda Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə Dövlət Bayrağı günü münasibəti ilə Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirildi. Azərbaycanın Üçrəngli Bayrağına olan sevgisini yaratdığı əsərlərdə vəsf edən şair məktəblilərin ifasında yaradıcılığından seçmələri kövrəkliklə dinlədi. Yaşının kamillik dövründə olan N.Həsənzadə IX sinif şagirdlərinin səhnəşəşdirdiyi "Atabəylər" tamaşasını maraqla seyr etdi. Tədbirdə respublikanın tanınmış ziyalıları da iştirak edirdilər. Şairin sözlərinə yazılmışmusiqlər alqışlarla qarşılandı. Tədbirin sonunda N.Həsənzadə Azərbaycan Dövlət Bayrağına olan sevgisini tərənnüm edən şeirlərini oxudu, tarixi faktlardan söz açdı. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə inşa edilən 28 saylı tam orta məktəbə, onun müəllim və şagird kollektivinə gələcək fəaliyyətində uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi