Məktəbdə 18 Oktyabr Müstəqillik Günü qeyd olundu

Bakı Şəhəri 28 № li tam orta məktəbdə 18 oktyabr Müstəqillik günü qeyd olundu.

      I A sinfinin rəhbəri İlhamə Musayevanın təşkilatçılığı ilə “ Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Dövlət Himni ilə başladı. Sinif rəhbəri İlhamə Musayeva bu tarixi gün haqqında birinciləri məlumatlandırdı. Tədbirin sonunda birincilər məktəbin həyətində 3 rəngdə (göy, qırmızı, yaşıl) şarları səmaya uçurdular. Şagirdlər əsl bayram sevinci yaşadılar.

      IV A sinfinin rəhbəri Təranə Tağıyevanın da təşkil etdiyi tədbirdə şagirdlərin bir-birindən maraqlı çıxışları oldu. Şagirdlərin ifasında səslənən şeirlər və nəğmələr alqışlarla qarşılandı.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi