Qohumlararası nikahın fəsadları" mövzusunda dəyirmi masa keçirilib

Məktəbimizdə şagirdlərin maarifləndirilməsi məqsədilə “Qohumlararası nikahın fəsadları” mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Görüş zamanı qohumlararası nikahın sağlamlıq, psixoloji və sosial baxımdan yaratdığı risklər ətrafında ətraflı müzakirələr aparılmışdır.
Tədbirdə bildirildi ki, bir-birinə yaxın qan qohumları arasında olan evliliklər – yəni qohumlararası nikahlar – ciddi genetik təhlükələr yaradır. Belə evliliklər nəticəsində doğulan uşaqlarda irsi xəstəliklərin, genetik deformasiyaların və doğuş qüsurlarının yaranma ehtimalı əhəmiyyətli dərəcədə artır. Bu halların qarşısını almaq üçün cəmiyyətin maarifləndirilməsi və xüsusilə gənclərin bu mövzuda məlumatlandırılması olduqca vacibdir.
Dəyirmi masa çərçivəsində həmçinin bu cür nikahların psixoloji və sosial fəsadları da diqqətə çatdırılmışdır. Belə nikahlar ailədaxili münasibətlərə, psixoloji vəziyyətə və cəmiyyətin sağlam inkişafına mənfi təsir göstərə bilər.
Sonda şagirdlərə sağlam ailə quruculuğunun əhəmiyyəti, düzgün seçimlərin önəmi və genetik risklərin qarşısının alınması yolları haqqında ətraflı məlumat verilmiş, onların sualları cavablandırılmışdır.