İnsan Hüquqları Aylığı çərçivəsində maarifləndirici dərs keçirildi.

İnsan Hüquqları Aylığı çərçivəsində məktəbimizin VIII "D" sinfində Azərbaycan dili müəllimi Xəyalə Oruclunun təşkilatçılığı ilə xüsusi dərs təşkil olundu. Tədbirin məqsədi şagirdlərə insan hüquq və azadlıqları, eləcə də vəzifələri barədə ətraflı məlumat vermək idi.

Dərs zamanı şagirdlər insan hüquqları ilə bağlı təqdimatlarla çıxış edərək bu mövzuda biliklərini nümayiş etdirdilər. Onlar hüquq və vəzifələrin əhəmiyyəti, gündəlik həyatda bu anlayışların rolu barədə geniş və dolğun məlumatlar paylaşdılar.

Belə maarifləndirici tədbirlər şagirdlərdə hüquqi düşüncənin formalaşmasına, onların vətəndaşlıq məsuliyyətini dərk etməsinə mühüm töhfə verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi