"Ailəm və məktəbim" layihəsi çərçivəsində bilik yarışı keçirildi.

Məktəbimizdə "Ailəm və məktəbim" layihəsi çərçivəsində maraqlı və biliklə dolu bir tədbir həyata keçirildi. Tarix müəllimi Gülsən Soltanovanın təşkilatçılığı ilə baş tutan viktorina şagirdlər üçün əsl bilik bayramına çevrildi. Tədbirə valideynlər də dəvət olunmuş və onlar da bu maraqlı yarışmanın iştirakçısı və tamaşaçısı olmuşlar.
Beş mərhələdən ibarət olan bilik yarışı zamanı şagirdlər öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Maraqla və həyəcanla keçən yarışmanın sonunda qaliblər müəyyən olunaraq mükafatlandırıldı.
Bu kimi tədbirlər şagirdlərin biliklərini möhkəmləndirməklə yanaşı, məktəb və ailə arasında sıx əməkdaşlığın formalaşmasına da töhfə verir.