“Sağlam nəsil – parlaq gələcək” layihəsi çərçivəsində velosiped yarışı keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən həyata keçirilən “Sağlam nəsil – parlaq gələcək” layihəsi çərçivəsində Bakı şəhəri 28 nömrəli tam orta məktəbin IV sinif şagirdləri arasında velosiped yarışı təşkil olunmuşdur.

Yarışın əsas məqsədi şagirdlər arasında sağlam həyat tərzini təşviq etmək, fiziki hazırlıq səviyyəsini artırmaq və idmana olan marağı gücləndirmək olmuşdur. Həm qız, həm də oğlan şagirdlərin aktiv iştirakı ilə yarış dinamik və maraqlı idman mübarizəsinə çevrilmişdir.

Tədbirin sonunda fərqlənən iştirakçılar diplom və hədiyyələrlə təltif olunmuş, onların göstərdikləri idman nailiyyətləri məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.

Bu kimi layihələr məktəblilərin həm fiziki, həm də mənəvi inkişafına mühüm töhfə verməklə yanaşı, erkən yaşlardan sağlam həyat tərzinə istiqamətlənmiş düzgün vərdişlərin formalaşmasına şərait yaradır. Belə təşəbbüslər gələcəyin sağlam və fəal vətəndaşlarının yetişdirilməsində əhəmiyyətli rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi