02 iyun 2025-ci il tarixində Böyük Summativ Qiymətləndirmə keçirilib

02 iyun 2025-ci il tarixində Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə II yarımilin Azərbaycan dili, riyaziyyatingilis dili fənləri üzrə Böyük Summativ Qiymətləndirmə (BSQ) uğurla həyata keçirilmişdir.

Qiymətləndirmə prosesi Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq təlimatlarına əsasən təşkil olunmuş və şagirdlərin fənlər üzrə bilik və bacarıqlarının obyektiv şəkildə qiymətləndirilməsinə xidmət etmişdir.

Qiymətləndirmənin təşkili zamanı məktəbin rəhbərliyi, fənn müəllimləri və nəzarətçilər prosesə ciddi şəkildə nəzarət etmiş, qiymətləndirmə şəffaflıq və ədalətlilik prinsipləri əsasında həyata keçirilmişdir. Şagirdlər təqdim olunan suallara cavab verərək fənlər üzrə əldə etdikləri nəzəri və praktiki bilikləri nümayiş etdirmişlər.

BSQ-nin nəticələri fənn müəllimləri tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq təhlil olunacaq və şagirdlərin tədris ili üzrə ümumi nailiyyət göstəricilərinə təsir edəcəkdir.

Bu cür qiymətləndirmələr, şagirdlərin təhsil prosesində aktiv iştirakını stimullaşdırmaqla yanaşı, onların bilik səviyyəsinin daha dəqiq müəyyənləşdirilməsinə, tədris prosesinin səmərəliliyinin artırılmasına mühüm töhfə verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi