BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ

Məktəbimizdə 2024–2025-ci tədris ilinin II yarımilinə dair Böyük Summativ Qiymətləndirmə (BSQ) mərhələsi davam edir. Qiymətləndirmələrə ilk olaraq 31 may 2025-ci il tarixində 8-ci siniflər üzrə start verilmişdir. BSQ-nin əsas məqsədi şagirdlərin tədris ilinin ikinci yarımilində əldə etdikləri bilik və səriştələrin səviyyəsini qiymətləndirmək, eyni zamanda tədris prosesinin keyfiyyətini təhlil etməkdir.
Qiymətləndirmələr məktəbin illik fəaliyyət planına uyğun olaraq həyata keçirilir və şagirdlərin bilik və bacarıqlarının obyektiv, şəffaf şəkildə qiymətləndirilməsini təmin edir. BSQ-lər məktəb rəhbərliyinin nəzarəti altında, obyektivlik və şəffaflıq prinsipləri əsasında təşkil olunur.
Böyük Summativ Qiymətləndirmələr IV, IX və XI siniflərdə bütün fənləri əhatə edir. V, VI, VII, VIII və X siniflərdə isə BSQ-lər yalnız tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə aparılır.
Qeyd edək ki, bu qiymətləndirmələrin nəticələri şagirdlərin yarımillik və illik qiymətləndirilməsinə, eləcə də sinifdən-sinfə keçirilməsinə təsir göstərir.