"İstiqlalım əbədidir!" – Respublika Gününə həsr olunmuş bilik yarışı

30 may 2025-ci il tarixində 28 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 8c, 8e, 8f və 8g sinifləri arasında "İstiqlalım əbədidir!" adlı bilik yarışı keçirildi. Yarışma 28 May – Respublika Gününə həsr olunmuş və şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması, həmçinin milli tariximizə marağın artırılması məqsədini daşıyırdı.
Yarış zamanı şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, görkəmli şəxsiyyətləri, ədəbiyyatımızda istiqlal mövzusu və dilimizin inkişaf tarixi ilə bağlı biliklərini nümayiş etdirdilər.
Yarışın sonunda 8e və 8g sinifləri xüsusi fəallıqları və yüksək nəticələri ilə fərqlənərək məktəb rəhbərliyi tərəfindən mükafatlandırıldılar.
Bu kimi tədbirlər şagirdlərdə milli dəyərlərə hörmət, tarixə bağlılıq və fəal vətəndaş mövqeyi formalaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır