1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günündə Rəngarəng Tədbir

1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Bakı şəhəri Sabunçu rayonu 28 nömrəli tam orta məktəbin 1"D" sinfində şən, yaddaqalan və rəngarəng tədbir keçirildi.

Balaca fidanlarımız bu xüsusi gündə səhnədə maraqlı şeir və mahnı ifaları, rəqs nömrələri ilə çıxış edərək öz istedadlarını nümayiş etdirdilər. Uşaqların parlaq geyimləri, gülümsər simaları və enerjili çıxışları tədbirə xüsusi rəng qatdı.

Tədbirin ən duyğulu anı isə uşaqların açıq havada müxtəlif rəngli şarları səmaya buraxması oldu. Bu mənzərə sanki onların arzularının və ümidlərinin göylərə doğru qanad açması ilə səsləşirdi.

Bu tədbir şagirdlər üçün unudulmaz bir gün olmaqla yanaşı, onların uşaqlıq sevincini, dostluğu və birgə əyləncəni bölüşmələrinə gözəl bir imkan yaratdı. Məktəb kollektivi olaraq bütün uşaqlarımıza daim sevinc, sağlamlıq və parlaq gələcək arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi