“Son Zəng”lə Bağlı Növbədənkənar Pedaqoji Şura Keçirildi

29 may 2025-ci il tarixində Bakı şəhəri Sabunçu rayonu 28 nömrəli tam orta məktəbdə növbədənkənar pedaqoji şura iclası keçirildi.
Pedaqoji şuranın əsas məqsədi “Son Zəng” tədbirinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən göndərilmiş rəsmi təlimatlara uyğun şəkildə təşkili və keçiriləcəyi zaman bütün təhlükəsizlik və təşkilati qaydalara ciddi şəkildə əməl olunmasını təmin etmək idi.
İclas zamanı qeyd olunan təlimat məktəbin pedaqoji heyətinə təqdim olundu, hər bir müəllimə tədbirin təşkili ilə bağlı öz öhdəlikləri çatdırıldı. Eyni zamanda şuranın yekununda “Son Zəng” tədbirinin təşkilinə dair konkret vəzifələr müəyyənləşdirilərək müvafiq tapşırıqlar verildi.
Belə görüşlər həm məktəbin nizam-intizamının qorunması, həm də tədbirlərin məsuliyyətli və yüksək səviyyədə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.