11-ci Sinif Şagirdlərinin Valideynləri ilə Maarifləndirici İclas Keçirildi

Bakı şəhəri Sabunçu rayonu 28 nömrəli tam orta məktəbdə 11-ci sinif şagirdlərinin valideynləri ilə növbəti görüş təşkil olundu. Görüşdə əsas məqsəd "Son zəng" tədbirinin müvafiq qaydalara uyğun şəkildə təşkili ilə bağlı valideynləri maarifləndirmək və onların bu prosesdə fəal iştirakını təmin etmək idi.

İclas zamanı məktəb rəhbərliyi tərəfindən "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən göndərilmiş əmr və təlimatlar valideynlərin diqqətinə çatdırıldı. Tədbirin təhlükəsizlik qaydalarına uyğun, təhsil müəssisəsinin daxili nizam-intizamına riayət olunmaqla, təmkinli və səmərəli şəkildə keçirilməsinin vacibliyi vurğulandı.

Valideynlərlə qarşılıqlı fikir mübadiləsi aparıldı, onların tədbirin təşkili ilə bağlı təklif və sualları dinlənildi. Məktəb rəhbərliyi valideynlərin maarifləndirilməsini, həmçinin məktəb–valideyn əməkdaşlığının möhkəmləndirilməsini bu cür görüşlərin əsas məqsədlərindən biri kimi qiymətləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi