"Dünyamızı Qoruyaq!" – Şagirdlərdən Təbiətə Mesaj

Bakı şəhəri Sabunçu rayonu 28 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi Gülanə Şahbazovanın təşkilatçılığı ilə "Dünyamızı qoruyaq" şüarı altında maraqlı və maarifləndirici tədbir keçirildi.
Tədbirdə məktəbin şagirdləri bir-birindən maraqlı təqdimatlarla çıxış etdilər, müxtəlif rəqs nömrələri və mahnı ifaları ilə təbiətin qorunmasının vacibliyini səsləndirdilər. Onlar öz çıxışlarında ətraf mühitin mühafizəsi, təbiətə sevgi və ekologiyanın qorunması mövzularında düşündürücü mesajlar verdilər.
Bu cür tədbirlər şagirdlərdə ekoloji düşüncənin formalaşmasına, yaradıcı bacarıqlarının inkişafına və məsuliyyət hissinin aşılanmasına töhfə verir.