7"C" sinfində "Dövlət müstəqilliyimizin qurulması" mövzusunda tədbir keçirildi

28 May – Respublika Günü münasibətilə 7"C" sinifində “Dövlət müstəqilliyimizin qurulması, parlamentli respublika və qadınlara seçki hüququnun verilməsi” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, ilk parlamentli respublika modeli kimi formalaşması və qadınlara seçki hüququnun verilməsi ilə bağlı çıxışlar etdilər. Şagirdlərin təqdimatında tarixi faktlar, maraqlı məlumatlar və vətənpərvərlik ruhunda ədəbi-bədii kompozisiyalar yer aldı.
Tədbirin məqsədi şagirdlərə Azərbaycanın dövlətçilik tarixini daha dərindən öyrətmək, milli dəyərlərə hörmət və vətənə sevgi aşılanmaq idi.