28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirildi

28 May – Müstəqillik Günü münasibətilə məktəbimizdə bayram tədbiri keçirildi. Tədbirdə məktəbin istedadlı şagirdləri fəal iştirak etdilər. Onlar vətənpərvərlik ruhunda bir-birindən maraqlı musiqi nömrələri ifa etdilər, səhnəciklər təqdim olundu və rəqs kompozisiyaları nümayiş etdirildi.
Tədbir şagirdlərin milli ruhda tərbiyə olunması, tariximizə və dəyərlərimizə bağlılığının gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Məktəb kollektivi bu əlamətdar günü yüksək əhval-ruhiyyə ilə qeyd etdi.