Direktoryanı müşavirədə cari məsələlər müzakirə olunub

Məktəbdə keçirilən növbəti direktoryanı müşavirədə cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müşavirə zamanı siniflər üzrə böyük summativ qiymətləndirmələrin təşkili və keçirilmə qaydaları barədə müəllim heyətinə ətraflı təlimatlar verilib.

Bununla yanaşı, 2023–2024-cü tədris ilinin sonunda keçiriləcək “Son zəng” tədbirinin mövcud qaydalara uyğun şəkildə, səmərəli və təhlükəsizlik prinsipləri nəzərə alınmaqla təşkili ilə bağlı vacib məlumatlar çatdırılıb. Müşavirədə müəllimlərin bu proseslərdə üzərinə düşən vəzifələr, şagird və valideynlərlə düzgün kommunikasiya məsələləri də diqqət mərkəzində olub.

Tədbirin məqsədi qarşıdan gələn fəaliyyətlərin təşkilini sistemli və nizamlı şəkildə təmin etmək, məktəbdaxili proseslərin keyfiyyətini artırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi