“Sən öz hüquqlarını bilirsənmi?” mövzusunda dəyirmi masa keçirilib.

“İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” çərçivəsində əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi istiqamətində mühüm tədbirlər uğurla davam etdirilir.

Bu məqsədlə məktəbin psixoloqu Aynur Məmmədovanın təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “Sən öz hüquqlarını bilirsənmi?” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə məktəbin VIII "d" sinfinin şagirdləri iştirak ediblər.

Dəyirmi masa zamanı şagirdlərə uşaq hüquqları, onların mahiyyəti və qorunması ilə bağlı ətraflı məlumat verilib. Müxtəlif interaktiv sual-cavab sessiyaları vasitəsilə şagirdlər hüquqlarını öyrənmək və gündəlik həyatda bu hüquqları necə tətbiq etmək barədə anlayışlarını genişləndiriblər.

Tədbirin əsas məqsədi şagirdlər arasında hüquqi maarifləndirməni artırmaq, onların hüquq və azadlıqları barədə məlumatlılığını yüksəltmək olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi