“Sağlam Qidalanma”

 Məktəbimizin 7 “F” sinfində Biologiya müəllimi Əhmədova İlahənin rəhbərliyi ilə “Sağlam qidalanma” mövzusunda açıq dərs keçirilmişdir. Dərs qeyri-ənənəvi formatda – məktəbin həyətində təşkil olunmuş və şagirdlər üçün həm maraqlı, həm də yaddaqalan keçmişdir.

Tədris zamanı şagirdlər qidaları faydalı və zərərli olmaqla iki qrupa ayıraraq çeşidləmiş, bu prosesdə nəzəri biliklərini möhkəmləndirməklə yanaşı, praktiki bacarıqlar da əldə etmişlər. Dərsdə interaktiv metodlardan geniş istifadə olunmuş, bu da mövzuya olan marağı artırmış və şagirdlərin fəallığını təmin etmişdir.

Bu kimi açıq dərslər şagirdlərdə sağlam həyat tərzinə marağın formalaşmasına, düzgün qidalanma vərdişlərinin aşılanmasına və Biologiya fənni üzrə biliklərin daha səmərəli mənimsənilməsinə xidmət edir.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi