3F sinfində art terapiya master-klası keçirilib

14 may 2025-ci il tarixində 3F sinfində sinif rəhbəri Babayeva Turanə və məktəb psixoloqu Məmmədova Aynurun təşkilatçılığı ilə Art terapiya adlı əyləncəli master-klass keçirilmişdir.
Tədbirin əsas məqsədi şagirdlərin gündəlik tədris prosesi zamanı qarşılaşdıqları stress və gərginliyi aradan qaldırmaq, onların daxili emosional vəziyyətini sabitləşdirmək olmuşdur.
Art terapiya çərçivəsində şagirdlər yaradıcılıq fəaliyyətinə cəlb olunmuş, öz duyğularını ifadə etmək imkanı qazanmış və emosional rahatlıq əldə etmişlər. Tədbir uşaqlar üçün həm faydalı, həm də maraqlı keçmişdir.
Belə təşəbbüslər məktəbdə sağlam psixoloji mühitin formalaşmasına, eləcə də şagirdlərin sosial və emosional inkişafına mühüm töhfə verir.