Şagirdimiz Mikayıl Zeynallı “Musiqinin sehri” videoçarx müsabiqəsində birinci yerin qalibi olub

Görkəmli bəstəkar, dahi musiqiçi Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə təşkil olunmuş “Musiqinin sehri” adlı videoçarx müsabiqəsində məktəbimizin şagirdi Mikayıl Zeynallı uğurla iştirak etmişdir.
Mikayıl Zeynallı Üzeyir Hacıbəylinin məşhur “Sevgili canan” romansını böyük ustalıqla ifa edərək münsiflər heyətinin yüksək qiymətini qazanmış və müsabiqənin birinci yerinə layiq görülmüşdür.
Qələbəsinə görə Mikayıl diplom və medalla təltif olunmuşdur.
Məktəb kollektivi olaraq Mikayılı bu uğuru münasibətilə təbrik edir, ona gələcək yaradıcılıq fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq!