"Səs Yarışması" Konsert Proqramı Ulu Öndərin Anadan Olmasının 101-ci İldönümünə Həsr Olundu

10 may 2025-ci il tarixində məktəbimizin UBTR müəllimi İ. Cəfərova Qızılgülün təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Səs Yarışması” adlı konsert proqramı keçirildi.
Tədbir çərçivəsində birinci seçim turunda fərqlənmiş, güclü səs və geniş diapazona malik olan şagirdlər solo ifaları ilə səhnəyə çıxaraq tamaşaçılara unudulmaz musiqi anları yaşatdılar.
Konsert proqramı məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər tərəfindən böyük maraqla qarşılandı və alqışlarla müşayiət olundu.
Bu cür tədbirlər şagirdlərin yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaqla yanaşı, onların milli-mənəvi dəyərlərə bağlılığını da gücləndirir.