Müəllimlərimizin uğuru

Sabunçu Rayon ATİAHİ-nin təşkil etdiyi  “Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə” həsr olunmuş idman yarışlarında məktəbimizin qadınlar üzrə voleybol komandası 7 komanda arasında 3-cü yerə layiq görülmüşdür.

Bununla yanaşı, məktəbimizin riyaziyyat müəllimi Həcər Əliyeva  dama oyunu üzrə yarışlarda 3-cü yeri qazanaraq fərqlənmişdir.

Sabunçu Rayon Həmkarlar İttifaqı Komitəsi tərəfindən həm voleybolçularımız, həm də dama oyunçumuz diplom və pul mükafatı  ilə təltif olunmuşdur.

Qazanılmış bu uğura görə müəllimimizi və komandamızı səmimi qəlbdən təbrik edir, onlara gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi