“Ailəmə minnətdaram” adlı tədbir

 “Ailəm və məktəbim” layihəsi çərçivəsində 3F sinifində “Ailəmə minnətdaram” adlı tədbir təşkil olunmuşdur. Tədbir zamanı şagirdlər ailələrinə ünvanladıqları minnətdarlıq məktublarını yazmış, bəzi şagirdlərlə valideynləri arasında canlı telefon bağlantısı yaradılmışdır. Onlar öz sevgi və təşəkkürlərini həm yazılı, həm də səsli şəkildə valideynlərinə ifadə etmişlər.

Məktəbimizin psixoloqu Aynur Məmmədova və 3F sinfinin rəhbəri Turanə Babayeva tədbir zamanı şagirdlərə dəyərli tövsiyələr vermişlər.

Layihənin əsas məqsədi ailə, məktəb və uşaq arasında qarşılıqlı əlaqəni gücləndirmək və şagirdlərin nailiyyətlərini artırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi