“Bullinq nədir?” mövzusunda dəyirmi masa

08.05.2025-ci il tarixində məktəbimizin psixoloqu Aynur Məmmədova tərəfindən 7A sinif şagirdləri ilə “Bullinq nədir?” mövzusu ətrafında dəyirmi masa təşkil olunmuşdur.
Dəyirmi masada“Bullinq nədir?”, Bullinqin növləri,Bullinqin təsirləri,Məktəb mühitində bullinqin qarşısını necə almaq olar? mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Müzakirələr zamanı şagirdlərə slaydlar nümayiş etdirilmiş, onlar öz maraqlı fikirlərini bölüşmüş, təqdimatlarla çıxış etmiş və hazırladıqları rəngarəng əl işlərini nümayiş etdirmişlər.
Dəyirmi masada həmçinin 7A sinif rəhbəri Fəxrəndə İsmayılova və uşaq birliyi rəhbəri Qızılgül Cəfərova da iştirak etmiş, öz təcrübələrini şagirdlərlə bölüşmüşlər.