Bir Gün, İki Kəşf: Təbiət və Tarixlə Səyahət

27 aprel tarixində 6D sinif şagirdləri sinif rəhbəri Xəyalə İsmayılovanın təşkilatçılığı ilə maraqlı ekskursiya həyata keçirib. Şagirdlər əvvəlcə Zoologiya Muzeyinə gedib, burada müxtəlif heyvan növlərini müşahidə edib, nadir canlılarla tanış olublar.
Daha sonra Qobustan Milli Tarixi-Bədii Qoruğuna yollanıb, qədim insanların yaşadığı əraziləri gəzib, qayaüstü rəsmlərə baxıblar. Tarix və təbiətlə dolu bu səfər şagirdlər üçün həm maarifləndirici, həm də yaddaqalan bir günə çevrilib.
Bu ekskursiya şagirdlər üçün yalnız öyrədici deyil, eyni zamanda motivasiyaedici və ilhamverici bir təcrübə oldu. Təbiət və tarixin qovuşduğu bu səfər onların dünyagörüşünü zənginləşdirdi, elmi maraqlarını daha da artırdı.