BALACA FİDANLARIMIZIN SEVİNCİ

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlər üçün məktəb ləvazimatlarından ibarət hədiyyə dəstləri təqdim olunmuşdur. Hədiyyə dəstləri məktəb rəhbərliyi tərəfindən şagirdlərə paylanmış və bu təşəbbüs balaca fidanlarımız tərəfindən böyük sevinclə qarşılanmışdır.
Belə həvəsləndirici addımlar uşaqlarda təhsilə marağın artırılmasına, məktəbə adaptasiyanın daha da asanlaşmasına xidmət edir. Bu diqqət və qayğıya görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təşəkkürümüzü bildiririk.