Açıq dərs

25 aprel tarixində 28 nömrəli tam orta məktəbdə "Açıq dərslər" təşkil edilmişdir. Açıq dərslər müəllim və şagirdlərin əvvəlcədən hazırladıqları mövzular əsasında həyata keçirilmiş və bu dərslər şagirdlərin sərbəst düşünmə, öz fikrini ifadə etmə və yaradıcı yanaşma qabiliyyətlərinin inkişafına mühüm töhfə vermişdir.
Tədbir çərçivəsində ümumilikdə 32 dərs dinlənilmiş, dərslərin izlənilməsi üçün 45-dən çox müəllim heyəti məktəbə dəvət olunmuşdur. Eyni zamanda, Sabunçu rayonu üzrə məktəb rəhbərlikləri də dərsdinləmələrdə iştirak edərək prosesə yaxından nəzarət etmişlər.
Dərslər başa çatdıqdan sonra onların müzakirəsi aparılmış, dərslərin güclü və zəif tərəfləri təhlil olunmuş, həmçinin müəllimlərə məktəb rəhbərliyi tərəfindən faydalı tövsiyələr verilmişdir. Açıq dərslər həm müəllimlər, həm də şagirdlər üçün zəngin təcrübə və peşəkar inkişaf imkanı yaratmışdır.