“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir

25 aprel tarixində 28 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində möhtəşəm tədbir keçirilmişdir.  

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuş, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Ardınca vətənpərvərlik ruhunda mahnılar səsləndirilmiş, tədbirin əhəmiyyətini vurğulayan çıxışlar edilmiş və bu günün tarixi önəmi haqqında ətraflı məlumat verilmişdir.

Tədbirdə Sabunçu rayonu üzrə məktəb rəhbərləri və müəllimlər də iştirak etmişlər. "Vətəndən pay olmayır" və "Bu gözəl Vətən bizimdir" mahnılarının ifası, eləcə də bir-birindən maraqlı rəqs nömrələri tədbirə xüsusi rəng qatmışdır.  

Tədbir "Yaşa, Azərbaycan!" mahnısının sədaları altında yekunlaşmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi