23 Aprel – Beynəlxalq Kitab Günü

23 Aprel – Beynəlxalq Kitab Günü münasibətilə məktəbimizdə Azərbaycan dili və ədəbiyyatı müəllimi Səmədova Gülayə və kitabxana müdiri Məmmədova İradənin təşkilatçılığı ilə kitabxanada maraqlı və yaddaqalan tədbir keçirilmişdir. Tədbirdə 6 "A" sinif şagirdləri “Alma almaya bənzər” filmindən səhnəcik təqdim etmiş, həmçinin müxtəlif mövzularda şeirlər səsləndirərək iştirakçılara zəngin ədəbi-bədii anlar yaşatmışlar.
Tədbirin əsas məqsədi şagirdlərdə kitaba və mütaliəyə marağın artırılması, eyni zamanda milli ədəbiyyatımıza olan sevginin aşılanması olmuşdur.