QƏBUL GÜNÜ

   Hörmətli valideynlər !
 UTİS, şagid  qəbulu , şagird yerdəyişməsi, şagird - məzun sistemi , rəqəmsal  platforma , elektron jurnal və s.mövzularla bağlı sizi maraqlandıran suallara cavab tapmaq istəyirsinizsə  həftənin şənbə  günləri məktəbə yaxınlaşıb qəbulda iştirak edə bilərsiniz. Eyni zamanda həftənin digər günləri məktəbin əlaqə  nömrəsinə ( 012 551 10 91) zəng edərək  də şənbə günü arzu etdiyiniz saatda qəbula gəlmək üçün yazıla bilərsiniz.  Qəbul zamanı siz daha çox aşağıdakı suallara məktəbin direktoru Qənirə Əmircanova tərəfindən cavab ala biləcəksiniz. 
* Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilir?
* Məktəbəhazırlıq qruplarına qəbul hansı formda həyata keçirilir?
* Uşaq həm məktəbəhazırlıq qruplarında, həm də dövlət məktəbəqədər müəssisədə təlim tərbiyəyə cəlb edilə bilərmi? 
* I sinfə hansı yaş uşaqlar qəbul edilir? 
* I sinfə şagird qəbulu hansı formada aparılır?
* Üstünlük hüququna əsasən şagird qəbulu aparılan məktəblər nəyə əsasən təyin edilir?
* Dislokasiya nədir, nə üçün tətbiq edilir və hansı məktəblərə tətbiq edilir?
 * Məktəblərin əraziləri hansı orqan tərəfindən müəyyən edilir? 
* I sinfə qəbul sistemində və şagird yerdəyişməsi sistemində şagird yerləri necə təyin edilir? 
* Hansı halda şagird buraxılış imtahanlarında iştirak edə bilmir?
* Eksternat qaydada imtahanlarda kimlər iştirak edə bilər?
* Eksternat qaydada imtahanlarda iştirak etmək istəyən vətəndaş nə vaxt və hara müraciət etməlidir?
* X sinfə şagird qəbulu hansı formada aparılır?
* Rəqəmsal platformada qeydiyyatdan keçən zaman yaranmış problemlə bağlı hara müraciət edilməlidir?

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi