Dərsdinləmə prosesi – Təhsilverənlərin peşəkar inkişafına dəstək

Təhsil müəssisələrində dərsdinləmə – təhsilverənlərin peşəkarlığının qiymətləndirilməsi və onların peşəkar inkişafına dəstək göstərilməsi baxımından ən səmərəli alətlərdən biridir. Bu prosesin əsas məqsədi müəllimlərin tədris keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, təhsilalanların təlim nailiyyətlərinin artırılmasına töhfə verməkdir.
Dərsdinləmələr məktəb rəhbərliyi – direktor və ya direktor müavinləri tərəfindən həyata keçirilir. Bu müşahidələr müəllimlərin dərs prosesindəki fəaliyyətlərini qiymətləndirmək, onların inkişaf ehtiyaclarını müəyyənləşdirmək və tədris prosesinin ümumi səmərəliliyini artırmaq məqsədi daşıyır.
Bu məqsədlə Qənirə Əmircanova tərəfindən 10 “d” sinfində İlahə Əhmədovanın dərsi dinlənilmişdir.