Şagirdlərimiz ekoloji maarifləndirmə tədbirində iştirak etdilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycanda plastik tullantıların ekoloji cəhətdən səmərəli idarə edilməsinin təşviqi və innovativ təkrar emal həllərinin tətbiqi” layihəsi çərçivəsində keçirilən növbəti ekoloji maarifləndirici təlimdə məktəbimizin 7a sinif şagirdləri sinif rəhbərləri Fəxrəndə İsmayılova ilə birgə fəal iştirak ediblər.
Tədbirin təşkili məktəbimizin biologiya müəllimi İlahə Əhmədovanın təşəbbüsü ilə baş tutmuşdur. Təlim zamanı şagirdlər plastik tullantıların təbiətə təsiri, onların düzgün idarə olunması və təkrar emalın əhəmiyyəti haqqında ətraflı məlumatlandırılmış, həmçinin yaradıcı fəaliyyətlərə cəlb olunmuşlar.
Məktəbimizin direktoru Qənirə Əmircanova da tədbirdə aktiv iştirak etmiş, eko çantalar üzərində öz rəsmlərini çəkərək şagirdlərə ilham vermiş və master-klassın daha da maraqlı və rəngarəng keçməsinə töhfə vermişdir.
Bu cür tədbirlər şagirdlərdə ekoloji düşüncənin formalaşmasına, ətraf mühitə qarşı məsuliyyətli münasibətin aşılanmasına xidmət edir.