11 “b” sinif şagirdi Taleh Əbilov “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin rayon mərhələsinin qalibi olmuşdur

Bakı şəhəri 28 nömrəli tam orta məktəbin 11 “b” sinif şagirdi Əbilov Taleh, Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” adlı referat müsabiqəsinin rayon mərhələsi üzrə qaliblərindən biri olmuşdur.

Müsabiqə 5 fərqli mövzu üzrə təşkil olunmuş və ümumilikdə 127 referat münsiflər heyətinə təqdim edilmişdir. Qiymətləndirmə nəticəsində fərqlənən 10 şagirdin referatı xüsusi qeyd olunmuş və onların müəllifləri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən komissiya üzvləri ilə birgə keçirilən tədbirdə müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır.

Referat müsabiqəsi Sabunçu rayonunda təşkil olunan “Heydər Əliyev və Azərbaycan tarixi” elmi-praktik konfransı çərçivəsində keçirilmişdir. Tədbirin məqsədi ümummilli lider Heydər Əliyevin zəngin irsinin və Azərbaycan tarixinin gənc nəslə dərindən aşılanması olmuşdur.

Məktəb kollektivi olaraq şagirdimiz Taleh Əbilovu bu uğuru münasibətilə təbrik edir, ona gələcək təhsil və elmi fəaliyyətində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi