Bakı şəhəri 28 nömrəli tam orta məktəbin Sosial pedaqoqu Şəhla Mirzəyevanın təltifi

Bakı şəhəri 28 nömrəli tam orta məktəbin sosial pedaqoqu Şəhla Mirzəyeva, təhsil işçilərinin ictimai fəallığının artırılması və peşəkar fəaliyyətinin təşviqi məqsədilə keçirilən forumlarda fəal iştirakına görə bir sıra təltiflərə layiq görülmüşdür.
2024-cü il 22 dekabr tarixində baş tutan və “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş Təhsil İşçilərinin Həmrəyliyi Forumunda iştirakına görə ona sertifikat təqdim edilmişdir.
Bundan əlavə, Məktəbəqədər təhsil işçilərinin və ibtidai sinif müəllimlərinin əməkdaşlıq Forumunda nümayiş etdirdiyi peşəkar fəaliyyətə görə “Təhsil Fəalı” döş nişanı ilə təltif olunmuşdur.
Məktəb kollektivi olaraq Şəhla Mirzəyevanı bu uğuru münasibətilə təbrik edir, gələcək fəaliyyətində ona müvəffəqiyyətlər arzulayırıq.