3F Sinif Şagirdlərinin Vətənpərvərlik Təşəbbüsü

04 aprel 2025-ci il tarixində Azərbaycan dili fənni çərçivəsində keçirilmiş dərsin mövzusuna uyğun olaraq,ibtidai sinif  müəllimi Turanə Babayevanın rəhbərliyi ilə 3F sinfinin şagirdləri şəhid ailələrini, qaziləri və Qarabağ müharibəsi iştirakçılarını ziyarət etmiş, onlarla görüşərək müsahibələr götürmüşlər.

Bu təşəbbüsün əsas məqsədi şagirdlərdə vətənpərvərlik hissini gücləndirmək, Vətən uğrunda canından keçən qəhrəmanlara dərin ehtiram və minnətdarlıq hissini aşılamaq olmuşdur. Görüşlər zamanı şagirdlər Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizəni daha dərindən dərk etmiş, qəhrəmanlarımızın şərəfli həyat yoluna şahidlik etmişlər.

Tədbirin təşkili və həyata keçirilməsində göstərdiyi təşəbbüsə görə Turanə müəlliməyə və fəal şagirdlərimizə təşəkkür edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi