28 nömrəli məktəbin şagirdləri Mərkəzi Bankda təqdimatla çıxış etdilər
3 aprel 2025-ci il tarixində məktəbimizin VII və VIII sinif şagirdlərindən ibarət komanda Azərbaycan Respublikası Mərkəzi Bankında keçirilən “Rəqəmsal Dünyada Təhlükəsiz Ödənişlər” adlı tədbirdə uğurla iştirak edib. Şagirdlərimiz öz layihə işlərini təqdim edərək rəqəmsal maliyyə mövzusunda biliklərini nümayiş etdiriblər.
Tədbirin sonunda iştirakçılar və mentor müəllim Ceyhun Sadızadə sertifikat və hədiyyələrlə təltif olunublar.