Məktəbimizin “28 FM” daxili radio dalğasında Aprel döyüşlərinə həsr olunmuş proqram səsləndirilib.

Məktəb daxilində fəaliyyət göstərən “28 FM” radio dalğasında 2016-cı ilin Aprel döyüşlərinə həsr olunmuş xüsusi proqram təqdim olunmuşdur.

Proqram çərçivəsində şagirdlər Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş igid Vətən övladlarının xatirəsini dərin ehtiramla yad etmiş, onların göstərdiyi igidlik və şücaətlər haqqında məlumat vermişlər. Məktəbdaxili radio efirində səsləndirilən çıxışlar şagirdlərə vətənpərvərlik hisslərinin aşılanması baxımından mühüm rol oynamışdır.

Proqramda Aprel döyüşlərinin tarixi əhəmiyyəti vurğulanmış, şagirdlər tərəfindən vətənə sevgi və qəhrəmanlıq ruhunu ifadə edən şeirlər səsləndirilmişdir. Həmçinin şəhid ailələrinə mənəvi dəstək mesajları çatdırılmışdır.

    Məktəb rəhbərliyi bu təşəbbüsə görə proqramın hazırlanmasında iştirak edən müəllim və şagirdlərə təşəkkürünü bildirir, bu cür vətənpərvərlik yönümlü fəaliyyətlərin gələcəkdə də davam etməsinin vacibliyini qeyd edir.

       Şəhidlər unudulmur, xatirələri daim bizimlədir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi